Partlayışda xəsarət alan Tovuz sakinin barmaqları amputasiya olunub

Partlayışda xəsarət alan Tovuz sakinin barmaqları amputasiya olunub
  10 Fevral 2024    Oxunub:1230
Xocavənd ərazisində arıçılıq təssürüfatında partlayış nəticəsində xəsarət alan Tovuz rayon sakini Ələsgərov Samir Füzuli oğlunun sağ əlinin barmaqları amputasiya olunub.
TƏBİB-dən bildirilib ki, Tovuz rayon sakini 1996-cı il təvəllüdlü (cinsi kişi) Xocavənd rayonu ərazisində hərbi təyinatlı partlayıcının partlaması nəticəsində xəsarət alması səbəbilə Füzuli Rayon Mərkəzi Xəstəxanasının Əməliyyat şöbəsinə hospitalizasiya olunub:

“Ona sağ əlin barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir”.
AzVision.az



Teqlər:





Xəbər lenti