Zaqatalada şagirdləri öldürən sürücü barədə qərar verildi

   Zaqatalada şagirdləri öldürən sürücü barədə qərar verildi
  10 Fevral 2024    Oxunub:1501
Zaqatalada dəhşətli qəza törədən sürücü barədə qərar çıxarılıb.
AzVision.az xəbər verir ki, iki azyaşlının ölümünə səbəb olan sürücü Emin İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, E.İbrahimov fevral ayının 8 rayonun Göyəm kəndində dərsdən çıxıb evə gedən üç məktəblini “Mercedes-Benz” markalı maşın vurub.

Nəticədə məktəblilərdən ikisi ölüb, birinin vəziyyəti ağırdır.

AzVision.az



Teqlər: Zaqatala  





Xəbər lenti