Fermerlər aksiyanı dayandırdı

Fermerlər aksiyanı dayandırdı
  09 Fevral 2024    Oxunub:955
Bolqarıstanda fermerlərin dörd gündür davam edən etirazı hökumətlə razılıq əsasında dayandırılıb.
AzVision.az xəbər verir ki, bu barədə baş nazir Nikolay Denkov mətbuat konfransında bildirib.

"Biz daha bir məhsuldar görüş keçirdik. Əsas mövqelər üzrə razılıq əldə olunub. Bazar günü sazişin mətni yekunlaşdırılacaq, bazar ertəsi isə imzalanacaq", - deyə hökumət başçısı bildirib.

Fermerlər Ukraynadan ucuz kənd təsərrüfatı məhsullarının idxalı və bəzi digər amillərlə bağlı maliyyə itkilərinin ödənilməsinin məbləği barədə hakimiyyət orqanlarına etiraz bildirirdi.

Dörd gün ərzində fermerlər bir neçə saat ərzində magistral yolları və sərhəd keçidlərini qismən bağlayıb.

AzVision.az




Teqlər:





Xəbər lenti