Uğura gedən yolun zirvəsində

Uğura gedən yolun zirvəsində
  09 Fevral 2024    Oxunub:1817
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev son dövrlərdə çıxışlarında Azərbaycanda yeni dövrün başlamasını xüsusilə vurğulamışdı. Müstəqil ərazi bütövlüyü tam təmin edilmiş bütöv Azərbaycanda ilk dəfə prezident seçkiləri keçirilmiş, qalib xalq seçkilərdə yüksək fəallıqla iştirak edərək 92.5 faiz səslə öz qalib liderini seçmişdir. Bu seçki müstəqil Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birinə çevrilmişdir.
Prezident İlham Əliyev prezidentliyinin ilk günlərindən hesab edirdi ki, ölkədə sahibkarlığı inkişaf etdirmədən bütövlükdə iqtisadiyyatı inkişaf etdirmək mümkün deyil. Buna görə də iqtisadi inkişafın lokomativinin müəyyənləşdirilməsi zərurətə çevrilmişdir. Doğrudur hələ ulu öndər H.Əliyev tərəfindən müəyyənləşdirilən neft strategiyası 1994-cü ildə bağlanan “Əsrin müqaviləsi” Azərbaycanın gələcək inkişafının strateji əsasını qoymuşdur.

Ulu öndər H. Əliyevin neft strategiyasının uğurla davam etdirilməsi İlham Əliyev tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşısında duran mühüm vəzifə neft sənayesini inkişaf etdirməklə yanaşı neft gəlirlərinin əhəmiyyətli hissəsinin bütövlükdə milli iqtisadi inkişafın investisiya mənbəyinə çevirməkdən ibarət idi. Bu məqsədlə qəbul olunan “Regionların sosial iqtisadi inkişafı” dörd dövlət proqramı ölkəmizin sosial -iqtisafi inkişafında, əhalinin həyat səviyyəsinin yaxşılaşmasında, işsizliyin 5,5 %-ə qədər enməsində əvəzsiz rol oynamışdır.

Xüsusi ilə qeyd etmək lazımdır ki, iqtisadi potensialımız müdafiə sənayemizin, bütövlükdə ölkəmizin müdafiə qabilliyətinin güclənməsi ilə strateji hədəfimizin reallaşmasını təmin edə bildi. Belə ki, 2020-ci ilin sentyabrın 27-də başlanan 44 günlük müharibə erməni faşizminin 30 illik işğalına son qoydu.

Laçın sərhəd keçid məntəqəsinin yaradılması, 2023-cü ilin sentyabrında bir günlük lokal antiterror əməliyyatlarının uğurla həyata keçirilməsi ilə ərazi bütövlüyümüzlə yanaşı ölkə hududları daxilində suverenliyimiz də tam bərpa olundu.

“Qarabağ Ermənistandır” deyən Ermənistanın baş naziri N. Paşinyan 44 günlük biabırçı məğlubiyyətdən sonra Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan etdi.
Cənab Prezident, söz verdiyiniz kimi nəinki bütün Azərbaycan vətəndaşlarının, həm də bütöv Azərbaycanın Prezidenti oldunuz.

Sözümüz imzamızdır deyən cənab Prezident dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır.
Cənab Prezident, daha uğurlu gələcəyə doğru!!!

İqtisad Elmləri Doktoru, professor, əməkdar müəllim Ümüdvar Əliyev



Teqlər:





Xəbər lenti