"ABŞ Qafqazda terroru dəstəkləməyə davam etdi" - Putin

      "ABŞ Qafqazda terroru dəstəkləməyə davam etdi"    - Putin
  09 Fevral 2024    Oxunub:1030
Rusiya prezidenti Vladimir Putin ABŞ-ni Şimali Qafqazda terrora dəstəyi davam etdirməkdə günahlandırıb. Hətta bu məsələr ən yüksək səviyyədə müzakirə olunsa belə, vəziyyət dəyişməyib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Taker Karlsona müsahibəsində deyib. Putinin müsahibəsi Kremlin saytında dərc olunub.

"Ukraynadakı çevriliş MKİ-nin dəstəyi ilə olub" - Putin
"Mən dəfələrlə Birləşmiş Ştatların Şimali Qafqazda nə separatizmi, nə də terroru dəstəkləməməsi barədə məsələ qaldırmışam. Lakin onlar buna baxmayaraq, işlərini davam etdirdilər. Qafqazdakı terror qruplarının formalaşması ilə bağlı siyasi dəstək, informasiya, maliyyə, hətta hərbi dəstək də ABŞ tərəfindən gəldi". - o qeyd edib.

O xatırladıb ki, bir dəfə həmkarı, ABŞ prezidenti ilə söhbətində bu məsələni qaldırıb: "O isə deyir ki, ola bilməz, sübutun var? Deyirəm hə! Mən bu söhbətə hazır idim və sübutu da ona verdim. Baxdı və bilirsən nə cavab verdi? Bağışla, amma bu belədir... Hətta dedi ki, "yaxşı, mən onların arxasından vuraram. Biz nəticəni gözlədik, gözlədik amma sonradan cavab gəlmədi".

O qeyd edib ki, Federal Təhlükəsizlik Xitmətinin(FTX) direktoruna Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqə saxlamağı və bu ünsiyyətin nəticəsinin olub-olmadığını öyrənməyi tapşırıb: "Bir yazdıq, iki yazdıq, sonradan cavab ala bildik. Cavab arxivimizdə qalır. MKİ-dən gələn sənəddə yazılır ki, "biz Rusiyada müxalifətlə işləmişik. Düşünürük ki, bu, düzgün addımdır və bundan sonra da onlarla işləmək lazımdır. Gülməlidir. Yaxşı, nə deyək... Biz anladıq ki, danışqılar baş tutmayacaq".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   ABŞ   Terror  





Xəbər lenti