"Zirə" və "Qarabağ" yarımfinalda

"Zirə" və "Qarabağ" yarımfinalda
  08 Fevral 2024    Oxunub:1026
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
AzVision.az xəbər verir ki, ilk oyun gününə 2 oyun keçirilib. "Zirə" ilk matçda qalib gəldiyi (2:1) "Səbail"lə bu dəfə evdə qarşılaşıb. Rəşad Sadıqovun komandası 3:0 hesablı qələbə ilə yarımfinala yüksəlib.

"Zirə" bu mərhələdə "Qəbələ" - "Araz-Naxçıvan" cütünün qalibi ilə qarşılaşacaq.

"Qarabağ" isə ilk oyunda darmadağın etdiyi (7:1) "Sabah"ı qəbul edib. Görüş "Sabah" 4:3 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsində görə "Qarabağ" yarımfinala yüksəlib. Ağdam təmsilçisi bu mərhələdə "Neftçi" - "Sumqayıt" cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab matçları fevralın 9-da keçiriləcək.

AzVision.az




Teqlər:





Xəbər lenti