Zaqatalada avtomobillə iki şagirdi vuraraq öldürən sürücü saxlanılıb

 Zaqatalada avtomobillə iki şagirdi vuraraq öldürən sürücü saxlanılıb
  08 Fevral 2024    Oxunub:2467
Zaqatalada avtomobillə iki şagirdi vuraraq öldürən sürücü saxlanılıb.
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

"Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs törətdiyi ağır cinayət əməlinə görə polis əməkdaşları tərəfindən tutulub. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir", - qurumdan qeyd olunub.
***
Fevralın 8-də Zaqatala rayonu Göyəm kənd tam orta məktəbinin 5-ci sinif şagirdləri olan İbrahimzadə İbrahim Əziz oğlu, İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlunu dərs məşğələləri qurtardıqdan sonra evə qayıdarkən yolda avtomobil vurub.

Şəki-Zaqatala RegionalTəhsilİdarəsindən AzVision.az-a verilən məlumata görə, məktəblilərdən ikisi - İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlu elə hadisə yerindəcə dünyasını dəyişiblər. İbrahimzadə İbrahim Əziz oğlu isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyi və kollektivi dünyasını dəyişmiş məktəblilərə Allahdan rəhmət və əzizlərinə səbr, xəsarət alan məktəbliyə isə şəfa diləyir.

***
Zaqatalada üç məktəblini avtomobil vurub, ikisi ölüb, biri ağır xəsarət alıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib. Qeyd olunub ki, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə piyadalar, 2013-cü il təvəllüdlü üç azyaşlını vurub.

Onlardan 2-si vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, hadisə ilə bağlı cinayət işi başlanıb.

***
Zaqatalada avtomobil üç məktəblini vurub.
AzVision.az xəbər verir ki, hadisə rayonun Göyəm kəndi ərazisində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin vurduğu 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. Onların sinif yoldaşları, 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, 11 yaşlı məktəblilələr eyni sinfin şagirdləridir. Hadisə onlar məktəbdən çıxıb evə gedərkən baş verib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti