Dünya banklarının yeni qorxusu: Qlobal daşınmaz əmlak böhranı qapıdadır

      Dünya banklarının yeni qorxusu:    Qlobal daşınmaz əmlak böhranı qapıdadır
  08 Fevral 2024    Oxunub:1533
ABŞ-ın üç regional kreditorunun iflasına və "Credit Suisse"nin təcili xilas edilməsinə səbəb olan böhrandan təxminən bir il sonra dünya banklarını yeni qorxu bürüyüb. Nyu York, Tokio və Sürixə kimi uzanan yolda olan banklar son günlərdə problemli kommersiya təyinatlı daşınmaz əmlak sektoruna verilən kreditlər üzrə itkilərin artdığını bildiriblər.
AzVision.az "CNN International"a istinadən xəbər verir ki, dünyanın müxtəlif yerlərində banklar son günlər kommersiya təyinatlı daşınmaz əmlak sektorunda kreditlər üzrə itkilərin artdığını bildiriblər.

"New York Community Bancorp" səhmlərinin dəyər itirməsindən və kredit reytinqinin azalmasından sonra yaşamaq üçün kifayət qədər likvidliyə sahib olduqlarını bildirib. ABŞ-ın problemli regional kreditoru 252 milyon dollar zərərin olduğunu qeyd edib ki, bunun böyük hissəsi ofis binaları üzrə kreditlərlə bağlıdır.

ABŞ-nin maliyyə naziri Canet Yellen bəyan edib ki, bir sıra bankların kommersiya təyinatlı daşınmaz əmlakla bağlı problemlərlə üzləşmə təhlükəsi mövcuddur. Hər halda, xanım nazir problemin həll olunacağına inandığını söyləyib.

Alman kreditoru "Deutsche Pfandbriefbank" kommersiya təyinatlı əmlakın dəyərlərinin azalmasına qarşı tədbir görərək ümidsiz borclar üçün daha çox vəsait ayırdığını açıqlayıb. İki həftə içərisində daşınmaz əmlak itkilərinin artması xəbərdarlığı edən ikinci Alman bankı PBB-nin səhmləri 6 faiz dəyər itirib.

Yaponiyanın Aozora Bankı ABŞ-dakı ofislərinə bağlı ümidsiz kreditlər üzrə keçən il proqnozlaşdırılan itkilərin bir qismi üçün günahlandırılıb.

İsveçrənin "Julius Baer" bankı avstriyalı inkişafetdirici "Signa Group"a verdiyi kreditlərə görə böyük itki ilə üzləşib.

AzVision.az


Teqlər:





Xəbər lenti