Paşinyan AES mütəxəssis hazırlaya bilməmələrindən gileyləndi

Paşinyan AES mütəxəssis hazırlaya bilməmələrindən gileyləndi
  08 Fevral 2024    Oxunub:937
Ermənistan yeni Atom Elektrik Stansiyası (AES) üçün mütəxəssislərin hazırlanması prosesini gecikdirir.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazir Nikol Paşinyan hökumətin iclasında məlumat verib.

Bu gün keçirilən iclasda qəbul edilən qərara əsasən, Nüvə Təhlükəsizliyinin Tənzimlənməsi üzrə Dövlət Komitəsinin əməkdaşları peşə attestasiyasından keçdikdə onların əməkhaqqı iki dəfə artırılmalıdır. Bu isə mütəxəssis çatışmazlığını doldurmağa kömək etməlidir.

Komitə rəhbərinin müavini Xaçatur Xaçikyan isə iclasda qeyd edib ki, 2021-23-cü illərdə təmsil etdiyi qurum 55 müsabiqə keçirib. Onlardan 21-də ümumiyyətlə iştirakçı olmayıb. Qalanlarında isə 12 nəfər seçilib. Onun fikrincə universitet məzunlarını bu sahə üzrə mütəxəssisə çevirmək üçün 3-5 il vaxt lazım olur.

Öz növbəsində təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan da gileylənib. O, qeyd edib ki, 2022-ci ildə hətta dövlət sifarişi ilə nüvə enerjisi ixtisasları üzrə (Politexnik və Yerevan Dövlət Universitetində-red.) yerlər belə doldurulmayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti