İrəvanda maşına qumbara atdılar: Ölən və yaralı var

  İrəvanda maşına qumbara atdılar:  Ölən və yaralı var
  08 Fevral 2024    Oxunub:984
İrəvanda ölümlə nəticələnən partlayış baş verib.
"Shamshyan" kriminal xəbər saytının yaydığı məlumata görə, avtomobilin partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

İrəvanda dəhşətli partlayış olub - Dağıntılar altında qalanlar var - VİDEO
Nəşrin məlumatına görə, partlayış fevralın 8-də gecə saatlarında Tevosyan küçəsində baş verib. Nəqliyyat vasitəsi dayanan kimi ətrafdakılar güclü səs eşidiblər. Hadisədən dərhal sonra İrəvan sakini 48 yaşlı Karen Q. və Lori sakini 36 yaşlı Mixail M. xəstəxanaya yerləşdirilib: "Karen G. özünə gəlmədən reanimasiyada dünyasını dəyişib".

Faktla bağlı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb. Avtomobilin içərisində qan izləri və qumbara parçaları tapılıb.

Nəşrin məlumatına görə, Mixail M. əvvəllər məhkum olunub, Karen G. isə ölümlə hədələmə işi üzrə istintaqa cəlb edilib.

Qeyd edək ki, son günlər Ermənistanda silsilə partlayış hadisələri baş verir, kriminal hadisələr isə çoxalıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Partlayış  





Xəbər lenti