Azərbaycandakı seçki Rusiyanın “Birinci kanalı"ında

   Azərbaycandakı seçki Rusiyanın    “Birinci kanalı"ında
  07 Fevral 2024    Oxunub:797
Rusiyanın “Birinci kanal” federal televiziya kanalında Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkiləri barədə reportaj yayımlanıb.
AzVision.az xəbər verir ki, reportajda seçki məntəqələrində fəallığın yüksək olduğu, ilk bir neçə saat ərzində seçicilərin 20 faizinin səs verdiyi, günün sonuna qədər isə rekord səviyyəyə qalxmasının gözlənildiyi bildirilib.

Xüsusi vurğulanıb ki, seçici fəallığının yüksək olması, ilk növbədə, Qarabağın geri qaytarılması ilə əlaqədardır. Məhz bu bölgədəki seçki məntəqələrindən birində ölkənin hazırkı lideri İlham Əliyev səs verib”, - deyə süjetdə bildirilib.

MDB müşahidəçilər missiyasının rəhbəri Sergey Lebedev “Birinci kanal”a müsahibəsində qeyd edib ki, missiyanın üzvləri respublikanın bölgələrində də seçkilərin mütəşəkkil və düzgün keçirildiyi barədə məlumat verirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti