HƏMAS atəşkəs layihəsini təqdim edib

   HƏMAS atəşkəs layihəsini təqdim edib
  07 Fevral 2024    Oxunub:1097
(HƏMAS-ın Qəzzadakı rəhbəri Yəhya Sinvar)

HƏMAS terror qruplaşması ötən həftə ABŞ və İsrailin dəstəyi ilə Qətərlə Misir vasitəçilərinin göndərdikləri atəşkəs təklifinə cavabən öz planını irəli sürüb.
AzVision.az xəbər verir ki, sözügedən plan hər biri 45 gün olmaqla 3 mərhələdən ibarətdir.

Planın təfərrüatı aşağıdakı kimidir:

- İlk mərhələdə fələstinli qadın və uşaqların İsrail həbsxanalarından azadlığa çıxarılmaları müqabilində bütün israilli qadın əsirlər, 19 yaşından kiçik kişilər, qocalar və xəstələr sərbəst buraxılacaqlar;
- İkinci mərhələdə qalan kişi əsirlər sərbəst buraxılacaqlar;
- Üçüncü mərhələdə döyüşlərdə ölənlərin cəsədləri və qalıqları tərəflər arasında dəyişdiriləcək. Üçüncü mərhələnin sonunda tərəflər müharibənin başa çatdırılması ilə bağlı razılığa gələcəklər.


Plan həmçinin İsrail qüvvələrinin tamamilə çəkilməsini, Qəzzada bərpa işlərinin başlamasını, ərzaq və digər lazımi ehtiyacların çatışmazlığından əziyyət çəkən əhaliyə yardım axınının artırılmasını nəzərdə tutur.

Firudin Həmidli
AzVision.az


Teqlər: HƏMAS   atəşkəs   plan  





Xəbər lenti