İspan fermerlər traktorlarla yolları bağladılar

İspan fermerlər traktorlarla yolları bağladılar
  06 Fevral 2024    Oxunub:923
İspaniyanın müxtəlif yerlərində traktorlu fermerlər etiraz aksiyaları keçirərək magistral yollarda nəqliyyatın hərəkətinə mane olublar.
Fermerlər həm sektorun düşdüyü çətin vəziyyətə diqqət çəkməyə çalışırlar, həm də Avropanın kənd təsərrüfatı siyasətinə qarşı çıxırlar. Belə ki, Malaqada fermerlər və çobanlar nəqliyyat vasitələri və yanan təkərlərlə limana girişi bağlayıblar.

Kənd təsərrüfatı işçilərinin etirazları səbəbindən Valensiyaya girişlərdən biri bağlanıb. Bundan əlavə, fermerlər Rioja Muxtar İcmasının paytaxtı Loqronyo ərazisində nəqliyyatın hərəkətini dayandırıblar. Araqon, Kataloniya və ölkənin digər bölgələrində də nümayişlər təşkil olunub.

Son zamanlar Avropa İttifaqının müxtəlif ölkələrində fermerlərin etiraz aksiyaları keçirilir. Xüsusilə, Belçika, Almaniya, İtaliya və digər icma ştatlarında nümayişlər təşkil olunub.
AzVision.az



Teqlər:





Xəbər lenti