Futbol üzrə dünya çempionatının finalı Nyu-Cersidə keçiriləcək

   Futbol üzrə dünya çempionatının finalı Nyu-Cersidə keçiriləcək
  05 Fevral 2024    Oxunub:1599
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının həlledici oyununun keçiriləcəyi yer məlum olub.
AzVision.az xəbər verir ki, turnirin final mərhələsinə
Nyu Cersi ştatı ev sahibliyi edəcək.

Dünya çempionatının final oyunu iyulun 19-da "MetLife" stadiumunda keçiriləcək. İdman arenası 82,5 min tamaşaçı tutumuna malikdir.

Üçüncü yer uğrunda matça isə Mayami ev sahibliyi edəcək. "Hard Rock" stadionu 64 767 tamaşaçı tutumuna malikdir.

2026-cı il dünya çempionatı Meksika, ABŞ və Kanadada keçiriləcək. Dünya çempionatında ilk dəfə olaraq 48 milli komanda çıxış edəcək. Tamaşaçılar rekord sayda - 104 oyun görəcəklər.

Qeyd edək ki, 23-cü dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti