Pişik sahiblərini yanıb ölməkdən xilas etdi

Pişik sahiblərini yanıb ölməkdən xilas etdi
  05 Fevral 2024    Oxunub:913
Rusiyada maraqlı hadisə yaşanıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Rostov vilayətində pişik sahiblərini yanğından xilas edib.
Qeyd edilir ki, hadisə Krasnıy Sulin şəhərində baş verib. Məlum olub ki, ev sahibləri sobayla ehtiyatsız davrandıqları üçün gecə saatlarınd qazın alovu yaxınlıqdakı mebelin alışmasına səbəb olub.

"Lakin evdə olanların hamısı yuxuda olduğundan heç kimin başlayan yanğından xəbəri olmayıb. Nəhayət 16 yaşlı uşaq pişiyin səs-küy salmasından sonra oyanıb. O Fövqəladə Hallar Nazirliyinə zəng edib və atasını da oyadaraq bayıra qaçıblar", - məlumatda qeyd ediib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Pişik  





Xəbər lenti