Honkonq hökuməti Messinin davranışından narazıdır

   Honkonq hökuməti Messinin davranışından narazıdır
  05 Fevral 2024    Oxunub:1263
Honqkonq hökuməti "İnter Mayami"nin hücumçusu Lionel Messinin Honqkonq liqasının komandası ilə yoldaşlıq oyununda iştirak etməməsindən narazıdır.
Müqaviləyə əsasən Messi matçda 45 dəqiqə oynamalı olsa da, meydana çıxmayıb. Oyunun keçirilməsi üçün 1,9 milyon dollar qrant, daha 128 min dollar isə oyunun keçirildiyi stadiona ayrılıb.

Fevralın 4-də Honqkonqun ulduz komandası yoldaşlıq görüşündə Mayami “İnter”inə 1:4 hesabı ilə uduzub. Messi ehtiyat oyunçular skamyasında qalıb, buna görə də tamaşaçılar oyun boyu tribunadan səsləndirərək biletlərin pulunun qaytarılmasını tələb ediblər.

Həmçinin ikinci hissənin ortalarında azarkeşlər “Biz Messini istəyirik” şüarları səsləndirməyə başlayıblar. Oyundan sonra "İnter Mayami"nin sahibi Devid Bekhem azarkeşlərə dəstəyə görə təşəkkür etsə də, o fitə basılıb. Qarşılaşmaya 38 minə yaxın azarkeş qatılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti