​​​​​​​“G7”-nin Rusiya aktivlərindən necə istifadə edəcəyi müəyyənləşib

​​​​​​​“G7”-nin Rusiya aktivlərindən necə istifadə edəcəyi müəyyənləşib
  03 Fevral 2024    Oxunub:1030
“G7” ölkələri Rusiyanın dondurulmuş aktivlərindən girov kimi istifadə etməklə Ukraynaya maliyyə yardımı üçün borc vermək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Ukraynanı dəstəkləyən koalisiya Moskvanın borcu ödəməyəcəyi təqdirdə Rusiyanın dondurulmuş suveren aktivləri müsadirə olunacaq.

Vəziyyətlə tanış olan rəsmilərin sözlərinə görə, təklif “G7” ölkələrinə Belçikadan daxil olub.

İki dövlət artıq razılıqlarını ifadə edərək, bu metodun Rusiya Federasiyasının dondurulmuş əmlakının Ukraynanın xeyrinə açılmasının əsas variantı olduğunu bəyan edib.

Digər tərəfdən, plan Qərb ölkələrinə ziyanla bağlı Kiyevə verdikləri vədləri yerinə yetirməyə kömək edəcək.

Qəzetin məlumatını Belçikanın Baş naziri Aleksandr De Kronun ötən ay verdiyi açıqlamalar da təsdiqləyir.

AzVision.az


Teqlər: G7   Rusiya   Ukrayna  





Xəbər lenti