İraqda 3 günlük matəm elan edilib

İraqda 3 günlük matəm elan edilib
  03 Fevral 2024    Oxunub:1045
İraqın Baş naziri Məhəmməd Şiya Əs-Sudani şənbə günü ABŞ-nin İraqın qərbinə endirdiyi aviazərbələrin qurbanları üçün ölkədə ümumi matəm elan edib.
AzVision.az xəbər verir ki, bu barədə Baş nazirliyin mətbuat xidməti məlumat yayıb.

"Baş nazir Məhəmməd Şiya əs-Sudani ABŞ-nin Əkaşat və Əl-Qaim qəsəbələrinin bombalaması nəticəsində silahlı qüvvələrimiz və mülki şəxslər arasında həlak olanların xatirəsinə bütün dövlət idarə və müəssisələrində üç günlük ümumi matəm elan edilməsi barədə göstəriş verib", - məlumatda bildirilir.

AzVision.az


Teqlər: İraq   matəm  





Xəbər lenti