Mbappe "Real Madrid"də oynayacaq

Mbappe "Real Madrid"də oynayacaq
  03 Fevral 2024    Oxunub:1315
Futbol üzrə Fransa millisinin hücumçusu Kilian Mbappe hazırda çıxış etdiyi PSJ klubunu tərk edəcək.
AzVision.az xəbər ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

Onun yeni komandası İspaniyanın "Real Madrid" klubu olacaq.

Bildirilib ki, Mbappenin "Real"la müqaviləsinin məbləği klub tarixində rekord ola bilər.

25 yaşlı futbolçu 2018-ci ildən PSJ-də çıxış edir. Komandanın tərkibində beş dəfə Fransa çempionluğuna, üç dəfə isə ölkə kuboku qalibiyyətinə şahid olub.

AzVision.az


Teqlər: idman   futbol   transfer  





Xəbər lenti