Bir sıra vergi bəyannamələrinin tərtibi qaydaları dəyişib

Bir sıra vergi bəyannamələrinin tərtibi qaydaları dəyişib
  03 Fevral 2024    Oxunub:1054
Bu ildən Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” qanunda edilmiş dəyişikliklərlə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bəzi bəyannamə və hesabatların, onların əlavələrinin formalarına, tərtib edilməsi Qaydalarına müvafiq dəyişiklikləri təsdiq edib.
Bu barədə qurumdan bildirilib.

Məlumata görə, dəyişikliklər aşağıdakı bəyannamə və hesabat formaları üzrə aparılıb:

"Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması və onun tərtib edilməsi Qaydası;

"Əlavə dəyər vergisinin bəyannaməsinə Əlavə № 3"-ün forması və onun tərtib edilməsi Qaydası;

"Əlavə dəyər vergisinin bəyannaməsinə Əlavə № 5"-in forması və onun tərtib edilməsi Qaydası;

"Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi"nin forması və onun tərtib edilməsi Qaydası;

"Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə Əlavə № 2"-nin forması və onun tərtib edilməsi Qaydası;

"Mənfəət vergisinin bəyannaməsi"nin forması və onun tərtib edilməsi Qaydası;

"Mənfəət vergisinin bəyannaməsinə Əlavə № 1"-in forması və onun tərtib edilməsi Qaydası;

"Mənfəət vergisinin bəyannaməsinə Əlavə № 5"-in forması və onun tərtib edilməsi Qaydası;

"Mənfəət vergisinin bəyannaməsinə Əlavə № 7"-nin forması və onun tərtib edilməsi Qaydası;

“Gəlir vergisi bəyannaməsi"nin forması və onun tərtib edilməsi Qaydası;

"Gəlir vergisinin bəyannaməsinə Əlavə № 1"-in forması və onun tərtib edilməsi Qaydası;

"Gəlir vergisinin bəyannaməsinə Əlavə № 3"-ün forması və onun tərtib edilməsi Qaydası;

"Gəlir vergisinin bəyannaməsinə Əlavə № 5"-in forması və onun tərtib edilməsi Qaydası;

“Əmlak vergisi bəyannaməsi"nin forması və onun tərtib edilməsi Qaydası;

"Əmlak vergisinin bəyannaməsinə Əlavə № 1"-in forması və onun tərtib edilməsi Qaydası;

“Torpaq vergisi bəyannaməsi"nin forması və onun tərtib edilməsi Qaydası;

"Torpaq vergisinin bəyannaməsinə Əlavə № 1"-in forması və onun tərtib edilməsi Qaydası;

"Torpaq vergisinin bəyannaməsinə Əlavə № 2"-nin forması və onun tərtib edilməsi Qaydası;

“Sadələşdirilmiş verginin bəyannaməsi”nin forması və onun tərtib edilməsi Qaydası";

"Sadələşdirilmiş vergisinin bəyannaməsinə Əlavə № 1"-in (hüquqi şəxslər üçün) forması və onun tərtib edilməsi Qaydası;

"Sadələşdirilmiş vergisinin bəyannaməsinə Əlavə № 1"-in (fiziki şəxslər üçün) forması və onun tərtib edilməsi Qaydası;

“Cari vergi ödəmələrinin hesablanması haqqında arayışın” forması və onun tərtib edilməsi Qaydası";

“Elektron qaydada vergi uçotuna alınmış qeyri-rezidentin əlavə dəyər vergisinin bəyannaməsinin forması” və onun tərtib edilməsi qaydası.
AzVision.az


Teqlər:





Xəbər lenti