Moldova Rusiyadan qaz idxal edə bilər

Moldova Rusiyadan qaz idxal edə bilər
  05 Fevral 2024    Oxunub:950
Moldova Rusiyanın "Qazprom" şirkətindən Dnestr çayının sağ sahili üçün qaz alışını bərpa edə bilər.
Bu barədə Moldovanın energetika naziri Viktor Parlikov Moldova kanalında bildirib. Onun sözlərinə görə, yanacağın qiyməti sərfəli olarsa, bu, mümkün olacaq. Keçən il Moldova Rusiya qazını birjada daha ucuz almaq mümkün olduğu üçün sağ sahil üçün almadı.

Nazir iddia edir ki, bunun sayəsində respublika 60 milyon avroya yaxın qənaət edib. O, əmin edib ki, “Qazprom”dan alqı-satqıya heç bir siyasi qadağa yoxdur.

“Əgər qiymət daha yaxşı olarsa, biz “Qazprom”dan ala bilərik. Belə bir ssenari istisna edilmir”, - Viktor Parlikov vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti