Xabi Leym ilk filminə hazırlaşır

Xabi Leym ilk filminə hazırlaşır
  02 Fevral 2024    Oxunub:1629
"TikTok" platformasında ən çox izləyiciyə malik bloqer Xabi Leym aktyor kimi ilk dəfə bədii filmə çəkiləcək.
AzVision.az xəbər verir ki, seneqaləsilli məşhur italiyalı bloqer bu barədə Amerikanın "Variety" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə göə, "Ceyms Bond" casus filmlərinə parodiya kimi çəkiləcək ekran işində (şərti adı "00Khaby") baş rolu - "düşmənləri çaşdırmaq üçün Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən işə götürülən yemək kuryeri"ni canlandıracaq.

"Peşəkar aktyorluq çoxdankı arzumdur. Odur ki filmdə rolumun öhdəsindən ən yaxşı şəkildə gəlmək üçün aktyorluğumu və ingilis dili biliyimi təkmilləşdirirəm", - o deyib.

Gərgin fiziki hazırlıq keçdiyini açıqlayan bloqer: "Döyüş səhnələrində kaskadyorsuz oynamaq istəyirəm. Vill Smitdən aktyorluq barədə məsləhətlər alacağam", - söyləyib.

Yeri gəlmişkən, tanınmış aktyor Vill Smitin də filmdə epizodik rolda çəkiləcəyi bildirilir.

Filmin prodüseri Marko Belardi, ssenari müəllifləri isə Nikola Quaqlianone və Roberto Markionnidir. Ekran işinin çəkilişləri İtaliya, Monte-Karlo, Dubay, Fransız Rivyerası və s. yerlərdə aparılacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: bloqer   film  





Xəbər lenti