Rusiyada 12 nəfər şaurmadan zəhərlənib

Rusiyada 12 nəfər şaurmadan zəhərlənib
  02 Fevral 2024    Oxunub:931
Rusiyanın İrkutsk vilayətinin İstintaq Komitəsi İrkutsk şəhərinin Leninski rayonunda kafedə bir neçə nəfərin zəhərlənməsindən sonra təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açıb.
Bu barədə vilayət İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. “Əvvəllər müəyyən edilib ki, şəhərin Leninski rayonundakı iaşə obyektlərindən birində şaurma yedikdən sonra bir neçə nəfər qidadan zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib. Xəstələr arasında iki uşaq da var. Xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir”, - deyə şöbədən bildirilib.

Hazırda müstəntiqlər zərərçəkmişləri və şahidləri dindirir, həmçinin kafeyə baxış keçirirlər.

Shot teleqram kanalının məlumatına görə, ümumilikdə 12 nəfər qidadan zəhərlənib, onların hamısı Leninski rayonundakı bir müəssisədə şaurma alıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti