Yeddi qat dünya çempionu "Mercedes"i "Ferrari"yə dəyişdi

Yeddi qat dünya çempionu "Mercedes"i "Ferrari"yə dəyişdi
  01 Fevral 2024    Oxunub:1349
"Formula 1"in 7 qat dünya çempionu, britaniyalı pilotu Luis Hamilton "Mercedes" komandasını "Ferrari" ilə əvəz edəcək.
AzVision.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytında məlumat verilib.

"Bu komanda ilə inanılmaz 11 il keçirmişəm və birlikdə əldə etdiklərimizlə qürur duyuram. "Mercedes" 13 yaşımdan bəri həyatımın bir parçası olub, böyüdüyüm yerdir. Ona görə də ayrılmaq qərarı qəbul etməli olduğum ən çətin qərarlardan biri idi.

Amma mənim bu addımı atmağın vaxtı gəldi və yeni bir çağırışa başlayacağım üçün həyəcanlıyam. "Mercedes"ə inanılmaz dəstəyə görə sonsuza qədər minnətdar olacağam, Toto Volfun dostluğuna və liderliyinə görə təşəkkür edirəm və birlikdə yüksək səviyyədə finalı başa vurmaq istəyirəm. Bu mövsüm ən yaxşı performansımı göstərmək və komanda ilə keçən ilimi unudulmaz etmək üçün 100% qərarlıyam."

Ferrari komandasının mətbuat xidməti Hamiltonun 2025-ci ildən İtaliya yığmasında mübarizə aparacağını bildirib.

2007-2013-cü illərdə Hamilton 2008-ci ildə dünya çempionu olduğu McLaren-də çıxış edib. "Mercedes" ilə 2014, 2015, 2017, 2018, 2019 və 2020-ci illərdə dünya çempionu olub. Hamilton titulların sayına görə alman Mixael Şumaxerlə rekorda şərikdir.

AzVision.az


Teqlər:





Xəbər lenti