ASCO yeni quru yük gəmiləri alır

ASCO yeni quru yük gəmiləri alır
  01 Fevral 2024    Oxunub:1225
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 2 ədəd “Handysize” tipli quru yük gəmisinin alınmasını maliyyələşdirəcək.
AzVision.az bu barədə ASCO-ya istinadən xəbər verir.

Məlumata görə, dövlət zəmanəti olmadan EBRD tərəfindən ayrılan kredit 2 tranşdan ibarət olacaq.

Layihə çərçivəsində gəmilərin alınmasının 70 %-ni (42 milyon ABŞ dolları) EBRD, 30 %-ni isə ASCO daxili imkanları hesabına maliyyələşdirəcək.

Qeyd edilib ki, EBRD birbaşa ASCO-ya kreditin ayrılması, Azərbaycanda səhmləri dövlətə məxsus olan müəssisələrdə aparılan uğurlu islahatların, beynəlxalq prinsiplərə uyğun qurulmuş korporativ idarəetmə və hesabatlılıq sistemlərinin mövcudluğunun, əməliyyatlarda şəffaflığın və sağlam maliyyə vəziyyətinin təmin edilməsinin göstəricisidir.

"EBRD ilə yeni əməkdaşlıq gəmiçiliyin inkişafında yeni mərhələdir və bu gün imzalanan kredit müqaviləsi ASCO-nun fəaliyyət coğrafiyasının genişləndirilməsinə və ölkəmizin Xəzərdən kənarda yükdaşıma potensialının daha da artırılmasına xidmət edir.

Bundan başqa, ASCO ilə əməkdaşlıq çərçivəsində bu gün imzalanan kredit müqaviləsi qlobal iqlim dəyişiklikləri üzrə çağırışların icrasına da müsbət töhfə verəcək. Belə ki, kredit müqaviləsi Beynəlxalq Dənizçilik Təşkilatının son ekoloji tələblərinə cavab verən müasir quru yük gəmilərinin alınmasını nəzərdə tutur" - ASCO bildirir.

AzVision.az


Teqlər:





Xəbər lenti