Məşhur istirahət mərkəzində yanğın olub - Video

 Məşhur istirahət mərkəzində yanğın olub -  Video
  01 Fevral 2024    Oxunub:1406
Lerik rayonunun Sivəkəran kəndində “Təbəssüm” istirahət mərkəzində yanğın baş verib.
xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, istirahət mərkəzinin ərazisində hər birinin sahəsi 144 m² olan 2 ədəd ikimərtəbəli yeməkxana binasının yanar konstruksiyaları, içərisində olan avadanlıqlar, yaxınlıqda bir-birinə bitişik, ümumi sahəsi 120 m² olan 3 ədəd kotteclərdən sahəsi 34 m² olan bir kottecin yanar konstruksiyaları və digər iki kottecin dam örtüyü yanıb.

Kotteclərin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



AzVision.az


Teqlər:





Xəbər lenti