Messinin salfeti hərraca çıxarılır - FOTO

   Messinin salfeti hərraca çıxarılır -    FOTO
  01 Fevral 2024    Oxunub:1075
Dünya şöhrətli futbolçu Lionel Messinin 13 yaşında İspaniyanın "Barcelona" klubu ilə ilk müqaviləsinin imzalandığı salfet qiyməti 380 min dollardan başlayaraq hərracda satılacaq.
AzVision.az xəbər verir ki, 2000-ci ilin dekabr ayında imzalanmış salfet Messi ilə yanaşı o dövrdə klubun məşqçisi Karles Reşak, transfer məsləhətçisi Xose Mariya Minqella və gənc Messinin zamini Orasio Qaqqioli tərəfindən imzalanıb.

Məşhur oyunçu məhz bu salfet parçasında bağlanmış müqavilə ilə "Barselona"da uğurlu karyerasına başlamışdı.

Salfet mart ayında London şəhərində yerləşən "Bonhams" hərrac evində satışa çıxarılacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: futbol   müqavilə   hərrac  





Xəbər lenti