Türkiyə bankları rusiyalılarla əməkdaşlığı dayandırır

   Türkiyə bankları rusiyalılarla əməkdaşlığı dayandırır
  01 Fevral 2024    Oxunub:1457
Türkiyə bankları Rusiyadan gələn fiziki şəxslərin hesablarını bağlamağa başlayıb.
Bu barədə “Vedomosti” qəzeti yazıb. “Bəzi maliyyə təşkilatları şirkətlərin hesablarını bağlamağa başlayıb və kart almağı planlaşdıran şəxslər üçün tələbləri artırıb. İlin əvvəlində biznes qurumları artıq Rusiya ilə Türkiyə arasında ödənişlərin dayandırılmasından şikayətlənirdilər. Hazırda müvafiq hesablar hələ də dondurulur”, - maliyyə assosiasiyalarının nümayəndələri bildiriblər.

Nəşrin yazdığına görə, Türkiyə banklarının siyasəti ABŞ prezidenti Co Baydenin 2023-cü il dekabrın 22-də Rusiya hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edən beynəlxalq maliyyə qurumlarına qarşı məhdudiyyətlər tətbiq etməsindən sonra sərtləşməyə başlayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti