ABŞ və Britaniya husilərin mövqelərinə zərbələr endirib

ABŞ və Britaniya husilərin mövqelərinə  zərbələr endirib
  31 Yanvar 2024    Oxunub:1167
Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın Silahlı Qüvvələri Yəməndə “Ənsar Allah” hərəkatının (husilər) hədəflərinə zərbələr endiriblər.
AzVision.az xəbər verir ki, bu barədə husilərə məxsus “Əl-Masirah” telekanalı məlumat yayıb.

Belə ki, eyni adlı əyalətin inzibati mərkəzi olan Səada şəhərinin şimal ətrafı hücuma məruz qalıb.

Mümkün itkilər, xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

AzVision.az



Teqlər:





Xəbər lenti