"İrəvanda xəritə açıb, kimlərin əhatəsində olduğuna baxsınlar" - Zaxarovadan NATO açıqlaması

      "İrəvanda xəritə açıb, kimlərin əhatəsində olduğuna baxsınlar"    - Zaxarovadan NATO açıqlaması
  31 Yanvar 2024    Oxunub:1031
Əgər kimsə NATO ilə yaxınlıq istəyirsə, o zaman Ermənistan onun təhlükəsiz olub-olmadığını və bunun nəyə gətirib çıxara biləcəyini başa düşməlidir.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə NATO baş katibinin xüsusi nümayəndəsinin bəyanatını şərh edərkən bildirib.

Xatırladaq ki, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “Armenpress”ə müsahibəsində bildirmişdi ki, Ermənistanın xarici və müdafiə siyasətində bloka doğru dəyişməsi alyansı çox ruhlandırır.

Zaxarovanın sözlərinə görə, bir çox dövlətlər münaqişələrə qarışmış, müstəqilliklərini itirmiş, başqalarının iradəsinə tabe olmağa məcbur olmuş və öz milli maraqlarını müdafiə edə bilməmişlər.

Rusiyalı diplomatın qeyd etdiyi kimi, Ermənistan bütün bu məlumatları təhlil etməli, xəritə açmalıdır, görməlidir ki, hansı regionda yerləşib, kimlər tərəfindən əhatə olunub.

"Biz bütün bunları təhlil etməli və Ermənistanın özünün milli maraqlarının nədən ibarət olduğunu başa düşməliyik. Bunun nə faydası var? Bu nə qısa, nə orta, nə də uzunmüddətli fayda gətirir. Vədlərdən deyil, bundan çıxış etmək lazımdır", deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti