Mərkəzi Bankdan köhnə dolların alınmaması ilə bağlı Açıqlama

   Mərkəzi Bankdan köhnə dolların alınmaması ilə bağlı  Açıqlama
  31 Yanvar 2024    Oxunub:1781
Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov köhnə dolların alınmaması ilə bağlı məsələyə aydınlıq gətirib. O qeyd edib ki, bununla bağlı nə Mərkəzi Bankın, nə də bankların xüsusi yanaşması yoxdur.
"Köhnə və təzə dollar istehsal ilinə görə təsnifləndirilir. 2006-ci ilə qədər və ondan sonra istehsal olunan bütün dollarlar dövriyyə olunur və qəbulunda problem yoxdur. Bu məsələni kimsə qaldırıb və əhali köhnə dolları götürməməyə başlayıb. Nəticədə banklarda köhnə dollar yığılır, bank onu xaricə göndərir və komissiya ödəyərək təzə dollar gətirir. Burada hər hansı ciddi problem yoxdur".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti