Selin Dion milyonda bir rast gəlinən xəstəliyə tutulub

Selin Dion milyonda bir rast gəlinən xəstəliyə tutulub
  31 Yanvar 2024    Oxunub:2067
Əzələ sərtliyi sindromundan əziyyət çəkən müğənni Selin Dion önəmli açıqlama verib.
Məşhur İnstaqramda pərəstişkarlarına müraciət edib. 55 yaşlı Selin Dion etiraf edib ki, son bir neçə il onun üçün “əsl sınaq” olub.

Əvvəlcə sənətçi tutulduğu nadir xəstəlik - Əzələ sərtliyi sindromu haqqında öyrənib, sonra onunla yaşamağı. İndi məşhur şəxs sərt əzələ sindromu haqqında sənədli film çəkmək qərarına gəlib.

"Pərəstişkarlarımı görmək üçün nə qədər darıxdığımı anladım. Mən müalicədə olarkən qərara aldım ki, həyatımın bu hissəsini sənədləşdirmək, eyni diaqnozu olan başqalarına kömək etmək üçün bu az tanınan xəstəlik haqqında məlumatlılığı artırım".

Qeyd edək ki, əzələ sərtliyi sindromu nadir və müalicəsi olmayan nevroloji xəstəlikdir. Yalnız simptomlar aradan qaldırıla bilər. Bu xəstəlikdən milyonda bir insan əziyyət çəkir. Diaqnoz qoymaq orta hesabla yeddi il çəkir.

AzVision.az


Teqlər:





Xəbər lenti