Zukerberq ifadə verəcək

   Zukerberq ifadə verəcək
  31 Yanvar 2024    Oxunub:1019
Bir sıra texnologiya şirkətinin mənsubları, o cümlədən "Meta"nın icraçı direktoru Mark Zukerberq və "X" platformasının direktoru Linda Yakkarino internetdə uşaqların psixi sağlamlığı və təhlükəsizliyi ilə bağlı artan narahatlıqlar fonunda bu gün Vaşinqtonda ABŞ Konqresi hüzurunda ifadə verəcəklər.
AzVision.az xəbər verir ki, "TikTok", "Discord" və "Snap" platformalarının rəhbərlərinin də ifadədə iştirakı gözlənilir.

Bildirilir ki, Konqresdə ifadə zamanı onlardan uşaqları virtual mühitdə cinsi istismardan qorumaq üçün hansı tədbirlər gördükləri barədə hesabat alınacaq. Çünki ABŞ rəsmiləri böyük texnologiya şirkətlərinin belə həssas məsələdə lazımi işlər həyata keçirmədiyini düşünür və sosial şəbəkə ilə bağlı daha sərt qanunların tətbiqi üzərində müzakirə aparırlar.

Senatorlar Dik Durbin və Lindsi Qremin sözlərinə görə, hesabat ifadəsi "valideynlər və uşaqların tələbi", habelə keçmiş bir "Meta" işçisinin Konqresə "Instagram" platformasının uşaqları cinsi istirmardan lazımi səviyyədə qorumadığı" haqqında məlumatı nəticəsində baş tutacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: texnologiya   şirkət   ifadə  





Xəbər lenti