Rusiya XİN erməni vandalizmini pisləyib

 Rusiya XİN erməni vandalizmini pisləyib
  30 Yanvar 2024    Oxunub:1551
“Rusiya İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidə ilə bağlı törədilən vandalizm aktını qətiyyətlə pisləyir və bildirir ki, bu cür nalayiq hərəkərlər respublikada Rusiya Federasiyasını ləkələmək məqsədilə başladılan ictimai kampaniyanın davamı üçün şərait yaradır”.
Bu barədə Rusiya diplomatik xidmətinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

“Yanvarın 29-da İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidədə ilə bağlı törədilən vandalizm aktını qətiyyətlə pisləyirik. Dərin təəssüflə qeyd edirik ki, bu, Rusiya və Ermənistan üçün ümumi olan tarixin qəhrəmanlıq səhifələrinə həsr olunmuş abidələrin ilk dəfə təhqir olunması halı deyil. Biz respublikanın hakimiyyətindən gələcəkdə bu cür barbarlıq təzahürlərinin qarşısının alınmasını gözləyirik”, - Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan şərhdə bildirilib.
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti