HSBC cərimələnib

   HSBC cərimələnib
  30 Yanvar 2024    Oxunub:940
İngiltərə Bankı (BoE) əmanətlərin qorunması, identifikasiyası və bildirişindəki nöqsanlar ucbatından HSBC-yə 57,4 milyon funt sterlinq cərimə kəsib.
AzVision.az BoE-nin hesabatına istinadən xəbər verir ki, HSBC və HSBC UK banklarının əmanətçilərin mühafizəsi qaydalarını uzun illər lazımınca yerinə yetirmədiyi müəyyənləşib.

Bildirilir ki, HSBC 2015-2022, HSBC UK isə 2018-2021-ci illərdə sözügedən tələblərin icrasında nöqsanlara yol verib. Odur ki bank ümumilikdə 57,4 milyon funt sterlinq həcmində cərimələnib.

Cərimə BoE daxilində Prudensial Tənzimləmə Qurumunun (PRA) indiyədək tətbiq etdiyi ikinci ən yüksək cərimə məbləğidir.

Firudin Həmidli
AzVision.az


Teqlər: bank   cərimə  





Xəbər lenti