Kanada Türkiyəyə silah ixracı məhdudiyyətini ləğv edib

Kanada Türkiyəyə silah ixracı məhdudiyyətini ləğv edib
  30 Yanvar 2024    Oxunub:886
Rəsmi Ottava Türkiyəyə satış həyata keçirmək istəyən müdafiə sənayesi şirkətləri üçün ixrac məhdudiyyətlərini aradan qaldırıb.
AzVision.az xəbər verir ki, İsveçin NATO-ya üzvlüyünün Türkiyə tərəfindən təsdiqləməsi nəticəsində Kanada 2020-ci ildən bu ölkəyə qoyduğu silah ixracına məhdudiyyəti aradan qaldırıb.

İxrac şərti kimi irəli sürülüb ki, Türkiyə aldığı hər silahın Ukrayna istisna olmaqla üçüncü ölkəyə yenidən ixracı barədə Kanadaya məlumat verməlidir.

Bu, rəsmi Ankaranın İsveçin NATO alyansına qoşulmasına razılıq verməsindən sonra Qərbin ona qarşı ikinci "satış icazəsi"dir. Belə ki, ötən günlərdə ABŞ də razılıq çərçivəsində Türkiyəyə "F-16" satışını təsdiqləyib.

Xatırladaq ki, Kanada Türkiyənin 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstəyinə cavab olaraq. bu ölkəyə silah ixracını məhdudlaşdırmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: Kanada   Türkiyə  





Xəbər lenti