FİFA-dan Braziliyanın xeyrinə fırıldaq
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, Dünya birinciliyi təşkilatçılarının məqsədi 1/8 final mərhələsində Hollandiya komandası ilə Braziliya yığması arasında görüş keçirilməsinə yol verməməkdir.
Van Qal belə bir məsələyə diqqəti cəlb edib ki, ilk iki oyunu Braziliya komandası Niderland yığmasının görüşləri başlananadək keçirib (Braziliya A qrupunda, hollandlar isə – B qrupunda çıxış edirlər). Braziliyalıların Kamerun ilə keçiriləcək üçüncü oyunu çempionatın təqvimində Niderland – Çili görüşündən sonraya planlaşdırılıb.
Beləliklə, holland mütəxəssisin fikrincə, Braziliya yığması bu görüşün nəticəsinə yönlənmək (Niderland yığması isə bu imkandan məhrum olur – NEWSru.com-un qeydi) və 1/8 finalda özünə rəqib seçmək imkanı əldə edir. Bu, hollandlar və ya çilililər ola bilər.
İTAR-TASS van Qaldan belə bir sitat gətirir: “FİFA hər bir oyunda düzgün oyun prinsiplərini reklam edir və eyni zamanda belə fırıldaqlarla məşğul olur. Biz bütün diqqəti çilililərlə görüşə yönəltməyi nəzərdə tutmuşuq. Braziliya yığmasının bizdən sonra oynaması komandamıza qətiyyən təsir göstərməyəcəkdir. Mən sadəcə ümid edirəm ki, braziliyalılar öz idman borcunu layiqincə yerinə yetirir. Lakin FİFA nə üçün belə edir? Bax, məsələ budur”.
Bununla belə Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari əmin edib ki, Kamerun yığması ilə oyunda onun komandası pley-offda özünə daha əlverişli rəqib əldə etmək üçün deyil, sırf qələbə qazanmaq üçün oynayacaq.
Skolari deyib: “Mən rəqib seçməyə çalışmıram. Komandanın qarşısında Kameruna qalib gəlmək vəzifəsi duracaqdır. Braziliyanın daha yaxşı rəqib seçəcəyini deyənlər ağılsızdırlar. Bu, nəinki komandamıza, həmçinin rəqibə hörmətsizlik əlamətidir”.
Teqlər: