ABŞ-ın müdafiə naziri işə qayıdıb

 ABŞ-ın müdafiə naziri işə qayıdıb
  29 Yanvar 2024    Oxunub:1285
ABŞ-ın müdafiə naziri Lloyd Ostin tibbi əməliyyatdan sonra yaranan ağırlaşmalara görə müalicəsini başa vuraraq bu gün Pentaqona işə qayıdıb.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Dekabrın əvvəlində Ostinə prostat xərçəngi diaqnozu qoyulmuşdu. O, dekabrın 22-də “minimal invaziv cərrahi əməliyyat” keçirmişdi. Bununla belə, yanvarın 1-də Pentaqon rəhbəri ağırlaşmalarla - qarın, bud və ayaq nahiyəsində şiddətli ağrılarla xəstəxanaya yerləşdirilmişdi. Bu dəfə onda sidik yollarının infeksiyası aşkarlanmışdı.

Eyni zamanda, müdafiə naziri yanvarın 4-dək ABŞ administrasiyasını xəstəxanaya yerləşdirilməsi barədə məlumatlandırmayıb.

Lloyd Ostin xəstəxanaya yerləşdirilməsinə dair ifadə vermək üçün Nümayəndələr Palatasının silahlı qüvvələr komitəsinə çağırılıb. Bununla bağlı dinləmələr fevralın 14-nə təyin olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti