Zabiti qətlə yetirən şəxs həbs edildi

  Zabiti qətlə yetirən şəxs həbs edildi
  29 Yanvar 2024    Oxunub:818
Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayevi qətlə yetirməkdə təqsirli bilinən Nizami Eynulla oğlu Abdullayev barəsində hərbi prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.
Bu barədə AzVision.az -a Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.


AzVision.az


Teqlər:





Xəbər lenti