Fon der Leyen: "İndi maraqlarımız daha çox üst-üstə düşür"

      Fon der Leyen:    "İndi maraqlarımız daha çox üst-üstə düşür"
  29 Yanvar 2024    Oxunub:1060
Avropa Komissiyasının sədri Ursula fon der Leyen İtaliya-Afrika sammitində çıxış edir.
AzVision.az xəbər verir ki, xanım sədr Avropa və Afrika arasında əməkdaşlığın konkret addımlar üzrə həyata keçirilməsi zərurətini dilə gətirib.

"Bu, Afrika və Avropa arasında yeni və güclü əməkdaşlığın başlanğıcıdır. Çünki təkcə taleyimiz deyil, indi maraqlarımız da həmişəkindən daha çox üst-üstə düşür. Hamımız təmiz enerjiyə keçməli, iqlim dəyişikliyinə uyğunlaşmalıyıq. İşçi qüvvəmizə gələcəyin işlərini öyrətməliyik. Miqrasiya zamanı faciəli insan itkisinin qarşısını almalı, gənclərimizə gələcək naminə imkanlar verməliyik. Bizi birləşdirən təkcə coğrafiya deyil, həm də xalqlarımıza qarşılıqlı fayda vermək öhdəliyidir" , - o deyib.

(İtaliyanın XİN rəhbəri Antonio Tayani, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Parlamentinin sədri Roberta Metsola)
Metsola: "Afrika çiçəklənəndə Avropa da çiçəklənəcək"

Xanım sədr bildirib ki, "İtaliyanın planları və Aİ-nin proqramları bir-birini tamamlayır".

"İtaliyaya minnətdaram ki, Afrika ilə əməkdaşlığa həm xarici siyasət, həm də G7 sədrliyi səviyyəsində böyük əhəmiyyət verir. "Mattei" planı əməkdaşlığımızın yeni mərhələsinə mühüm töhfə verəcək. Bu həmçinin "Qlobal Portal" strategiyamızla da uyğunlaşır. Strategiya, bildiyiniz kimi, Afrika üçün 150 milyard avro investisiya planlaşdırır" , - Fon der Leyen söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İtaliya   Afrika   sammit  





Xəbər lenti