Bayden: "ABŞ-Meksika sərhədi bağlanacaq"

      Bayden:    "ABŞ-Meksika sərhədi bağlanacaq"
  29 Yanvar 2024    Oxunub:1116
ABŞ Prezidenti Co Bayden sərhəd təhlükəsizliyi qanununun Konqresdə təsdiqlənəcəyi təqdirdə ABŞ-Meksika sərhədinin bağlanacağını bildirib.
AzVision.az xəbər verir ki, o bu barədə Cənubi Karolinadakı seçim kampaniyasında çıxışı zamanı deyib.

"İkipartiyalı qanun layihəsi Amerika üçün müsbət nəticə verərək. Konqres layihəni təsdiqləyərsə, immiqrasiya sistemimizin nizama salınması və ölkəmizə gəlməyə haqqı çatanlara lazımi kömək göstərilməsi naminə işlərə başlanacaq.

Hökumətin Konqresə təklif etdiyi qanun layihəsi sərhədi keçən qanunsuz miqrantların sayının gündə 5 mini keçəcəyi təqdirdə prezidentə sərhədi bağlamaq səlahiyyəti verir.

"Layihə bu gün təsdiqlənsəydi, dərhal sərhədi bağlayar və nəzarətə götürərdim" , - Bayden çıxışı zamanı vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Meksika   sərhəd  





Xəbər lenti