ABŞ İrana qarşı gizli əməliyyat keçirməyi düşünür

   ABŞ İrana qarşı gizli əməliyyat keçirməyi düşünür
  29 Yanvar 2024    Oxunub:1190
ABŞ İordaniyadakı ABŞ bazasına hücuma cavab variantlarını nəzərdən keçirir və İrana qarşı gizli əməliyyat keçirməyi istisna etmir.
AzVision.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Nəşr qeyd edib ki, bazaya hücum ABŞ hakimiyyətinin “həlledici reaksiyasına” səbəb ola bilər. Ehtimal edilən əməliyyat miqyasına görə Qəzza zolağında münaqişə başlayandan sonra Vaşinqtonun etdiklərini üstələyə bilər.

Nəşrin ekspertləri hesab edirlər ki, Vaşinqton mümkün hərbi kampaniyada iştirakını elan etməyəcək. Onlar bunun Vaşinqtonla Tehran arasında birbaşa qarşıdurmaya çevrilə biləcəyini iddia ediblər.

İranın BMT-dəki (BMT) Nümayəndəliyi isə Suriya-İordaniya sərhədində ABŞ qüvvələrinə hücumla ölkəsinin heç bir əlaqəsinin olmadığını açıqlayıb.

Qeyd edək ki, yanvarın 28-nə keçən gecə pilotsuz təyyarə Suriya və İordaniya sərhədində yerləşən ABŞ hərbi bazasına hücum edib. Dünən Ağ Evdən edilən yazılı açıqlamada ABŞ prezidenti Co Bayden İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin birtərəfli hücumu nəticəsində 3 ABŞ əsgərinin həyatını itirdiyini açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da hücumda 34 nəfərin yaralandığını bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti