Finlandiya özünə prezident seçir

   Finlandiya özünə prezident seçir
  28 Yanvar 2024    Oxunub:1149
Finlandiyada prezident seçkilərinin birinci turunun səsverməsi başlayıb.
Seçki məntəqələri saat 9.00-dan 20.00-dək açıq olacaq. Ümumilikdə 4,2 milyon vətəndaşın səsvermə hüququ var. Artıq seçicilərin 44,7%-i və ya 1,9 milyon nəfər vaxtından əvvəl səs verib.

Səslərin hesablanması seçki məntəqələri bağlandıqdan sonra saat 20.00-da başlayacaq. Namizədlərdən heç biri 50%-dən çox səs toplamasa, seçkilərin ikinci turu fevralın 11-də keçiriləcək.

Ədliyyə Nazirliyi birinci turun rəsmi nəticələrini yanvarın 30-dan gec olmayaraq elan edir, ikinci turun nəticələri fevralın 14-dən gec olmayaraq təqdim edilməlidir.

Seçkidə 9 namizəd var, lakin əsas mübarizə keçmiş baş nazir Aleksandr Stubb və keçmiş xarici işlər naziri Pekka Haavisto arasında gedir.

Yle ictimai yayımının son sorğusuna əsasən, seçicilərin 27%-i Stubb-a, 23%-i isə Haavistoya səs verməyə hazırdır.

Onlara parlamentin spikeri, sağçı "Əsl finlər" partiyasının namizədi Yussi Halla-aho 18% dəstək ilə yaxınlaşır.
Finlandiya prezidenti 6 il müddətinə seçilir. Hazırkı prezident Sauli Niinistonun səlahiyyətləri fevralda başa çatır, o, ardıcıl olaraq maksimum iki müddət bu vəzifədə çalışıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti