İsrail hərbçiləri Livandan uçan "şübhəli obyekti" vurublar

İsrail hərbçiləri Livandan uçan "şübhəli obyekti" vurublar
  27 Yanvar 2024    Oxunub:1071
İsrail Ordusu Livandan uçan "şübhəli hava obyektini" uğurla ələ keçirib və Livandakı "Hizbullah" hədəflərinə yeni hücumlar həyata keçirib.
AzVision.az xəbər verir ki, bu barədə bu barədə İsrail Ordusunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, İsrailin Hava Hücumundan Müdafiə Qüvvələri Livan ərazisində şübhəli hava hədəfini uğurla vurub. Hədəfin İsrail ərazisinə yönəldiyi ehtimal edilir.

İsrail Müdafiə Qüvvələrinin qırıcıları isə Livanın Blida, Eyta əl-Şəb və Mərhəvin kəndlərindəki "Hizbullah" məntəqələrinə zərbələr endirib.

AzVision.az


Teqlər: İsrail   Livan  





Xəbər lenti