Almaniya dördgünlük iş həftəsinə keçə bilər

Almaniya dördgünlük iş həftəsinə keçə bilər
  27 Yanvar 2024    Oxunub:921
Almaniyada qısaldılmış iş həftəsi sınaqdan keçirilməyə başlanacaq.
AzVision.az xəbər verir ki, dördgünlük proqram fevralın 1-dən test rejimində istifadəyə veriləcək.

Məlumata görə, sınağa qoşulan 45 şirkətin işçiləri maaşlarını tam saxlamaqla hər həftə əlavə istirahət günü əldə edəcəklər.

Sınağın avqustadək davam edəcəyi bildirilib.

Nəticələrə əsasən, əmək məhsuldarlığını artırmaq üçün dördgünlük iş həftəsi barədə yekun qərar veriləcək.

AzVision.az


Teqlər: Almaniya    





Xəbər lenti