ABŞ müdafiə nazirinin vəziyyəti açıqlanıb

ABŞ müdafiə nazirinin vəziyyəti açıqlanıb
  27 Yanvar 2024    Oxunub:806
Prostat xərçəngi diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş "Pentaqon" rəhbəri Lloyd Ostinin hazırkı vəziyyəti yaxşı kimi qiymətləndirilir.
AzVision.az xəbər verir ki, bu barədə "Valter Rid" hərbi xəstəxanasının həkimləri bildiriblər.

Məlumata görə, fizioterapiya və prostatektomiya müalicələrinə başlayan nazirin prostat xərçəngindən sağalma prosesi uğurla irəliləyir.

Xatırladaq ki, nazirin 22 dekabr 2023-cü ildə xəstəxanaya gizli yerləşdirilməsi və səhhəti barədə Ağ Evə və Konqresə məlumat verməməsi qalmaqal yaratmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Pentaqon  





Xəbər lenti