Həmid Herisçi qızılcaya yoluxub, vəziyyəti ağırdır

   Həmid Herisçi qızılcaya yoluxub,    vəziyyəti ağırdır
  26 Yanvar 2024    Oxunub:744
Yazıçı-jurnalist Həmid Herisçi xəstəxanaya yerləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı İlhamiyyə Rza sosial şəbəkədə məlumat yayıb. O, Həmid Herisçinin qızılcaya yoluxduğunu bildirib: “Həmid modul tipli xəstəxanaya yerləşdirilib. Ümid edirəm ki, dualarınızla tezliklə sağalacaq”.

TƏBİB-dən verilən məlumata görə, 1960-cı il təvəllüdlü Həmid Herisçi təcili tibbi yardım avtomobili vasitəsilə bu gün saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.

Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir. Pasientin vəziyyəti ağır qiymətləndirilir.

AzVision.az




Teqlər:





Xəbər lenti