Prezident təqaüdçüsü dəm qazından öldü

   Prezident təqaüdçüsü dəm qazından öldü
  26 Yanvar 2024    Oxunub:1506
ADA-nın tələbəsi dəm qazından ölüb. Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
Bildirilib ki, 2020-ci ildə qəbul imtahanında 692,5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olan, ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü Sərxan Həsənov bu gecə dəm qazından dünyasını dəyişib.

Sərxan ABŞ-da təcrübə keçən tələbələrdən olub. Xarici məhkəmələrin metodikasını öyrənirdi.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti