Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçilib

Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçilib
  25 Yanvar 2024    Oxunub:870
Ukrayna Futbol Assosiasiyasının (UFA) Konqresi keçirilib.
AzVision.az xəbər verir ki, tədbir çərçivəsində qurumun yeni prezidenti seçilib. Bu vəzifəyə əfsanəvi ukraynalı futbolçu Andrey Şevçenko təyin edilib.

Ukrayna futbol rəsmiləri UFA prezidenti postuna yeganə namizəd olan Andrey Şevçenkonun təyinatını yekdilliklə dəstəkləyib.

"Milan"ın və "Çelsi"nin keçmiş hücumçusu Ukrayna Futbol Assosiasiyasının tarixində altıncı prezident olub.

Qeyd edək ki, təşkilatın əvvəlki rəhbəri Andrey Pavelko assosiasiyadakı korrupsiya qalmaqallarına görə həbsdədir.

AzVision.az



Teqlər:





Xəbər lenti