Elçin Quliyev yenidən ARAF-ın prezidenti seçilib

Elçin Quliyev yenidən ARAF-ın prezidenti seçilib
  25 Yanvar 2024    Oxunub:902
Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiya­sının (ARAF) hesabat-seçki konfransı keçirilib. Tədbirdə federasiyanın prezidenti Elçin Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak ediblər.
Əvvəlcə 2023-cü ilin idman yekunları haqqında hesabat məruzəsi ilə çıxış edən fe­de­­rasiyanın baş katibi Bəhruz Nəbiyev il ərzində ölkə ərazisində keçirilən tədbirlər, bey­­nəlxalq turnirlərdə iştirak və əldə olunan nailiyyətlər barədə məlumat verib. Ardınca il ərzində əldə olunmuş nailiyyətlərə əsasən xüsusi nominasiyalar üzrə qaliblər elan olunub. Qalibləri Elçin Qu­liyev, Fə­rid Qayı­bov, Çingiz Hüseynzadə təltif ediblər.

Daha sonra Azərbaycan Respublikası Atçılıq Federasiyasının rəhbərliyinə yeni seçki keçirilib. Elçin Quliyev yenidən növbəti müddətə federasiyanın prezidenti seçilib. Federasiya prezidenti çıxış edərək yenidən etimad göstərildiyi üçün təşəkkür edib və bundan sonra görüləcək işlər, yeni planlar barədə məlumat verib. Tədbirin sonunda gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hü­seynzadə çıxış edərək federasiya rəhbərliyinə uğurlar arzulayıblar.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti